| Deyəsən, Qərbdə rus məşuqələrlə yaxınlıq dəbə düşüb. Amerikalı rejissor və aktyor Mel Gibson "rollinq" Ronni Vuddan nümunə götürüb. Gibson vaxtının xeyli hissəsini Oksana adlı bir rus gözəli ilə keçirir. Hollivud ulduzu artıq 28 ildir ki evlidir və onun 7 uşağı var. Onun və musiqiçi Oksananın birlikdə çəkdirdiyi fotoşəkillər aktyorun vətəni Avstraliyada böyük rezonans doğurub. Onun xanımı Robin məsələyə aydınlıq gətirmək üçün şəxsən Los-Ancelesə gəlməyə hazırlaşır. Gibsonun nümayəndəsi isə bu söz-söhbətləri təkzib edib. Son illər Mel Gibson mütəmadi olaraq iri qalmaqalların mərkəzində olur. |